...

Azərbaycanın otüstü hokkey yığmasının kapitanı: "Olimpiadaya vəsiqə qazanacağıq"

Cəmiyyət Materials 18 İyun 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Biz mütləq Olimpiadaya vəsiqə qazanacağıq". Bu sözlərin müəllifi Azərbaycanın otüstü hokkey üzrə yığmasının kapitanı Zeynəb Nuriyevadır.

"AtaHolding Hockey Champions Challenge" beynəlxalq turnirinin yekunları ilə bağlı fikirlərini açıqlayan idmançı qeyd edib ki, irəlidə bir neçə imkan olduğu üçün komandanın Pekinə vəsiqə qazanmaq üçün müəyyən şansları var. "Düşünürəm ki, hər şey yaxşı olacaq. Axı bizi irəlidə Mançesterdə qitə birinciliyi gözləyir. Burada Olimpiadaya üç vəsiqə oynanılacaq. Əgər biz İngiltərədə buna nail ola bilməsək, gələn il Bakıda keçiriləcək seçmə turnirdə bunu edə bilərik. Mən inanıram ki, komanda qarşıya qoyulan məqsədə çatacaq" - deyə Nuriyeva bildirib.

Xəbər lenti

Xəbər lenti