...

Azərbaycanda 2007-2008 tədris ili üçün 30 minə yaxın yer ayrılıb

Cəmiyyət Materials 19 İyun 2007 16:04 (UTC +04:00)
Azərbaycanda 2007-2008 tədris ili üçün 30 minə yaxın yer ayrılıb

Azərbaycan, Bakı /müx. Trend S.Ağaeva/ Çərşənbə günü keçirilən mətbuat konfransında Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2007-2008 tədris ili üçün test yolu ilə mərkəzləşdirilmiş qaydada dövlət və özəl ali məktəblərə 26 min 704 ayırıb.

Tələbə qəbulu 21 dövlət və 16 özəl məktəbdə aparılır. Dövlət ali məktəblərinə 22 min 884 yer, özəl məktəblərə isə 3820 yer ayrılıb.

Dövəlt məktəblərində 10807 yer ödənişsiz əsaslarla, 12007 yer isə ödənişli əsaslarla ayrılıb. Dövlət Komissiyası sədrinin sözlərinə görə, bu il ali məktəblərdə yeni ixtisaslar üzrə qəbul aparılacaq ki, bunlara torpaq kadastrı, regionşünaslıq, fövqəladə hallar və təhlükəsizlik, təhsil və idarəetmənin təşkili, muzeyşünaslıq, hərbi-tibbi iş ixtisasları daxildir.

Bu il tələbələrin qəbulu prosesində bir sıra yeni qaydaların tətbiqi planlaşdırılır. Belə ki, 1-ci ixtisas qrupu üzrə 200 bal toplayan tələbələr müsabiqəyə buraxılacaq, keçən il isə onlardan 250 bal toplamaq tələb olunurdu. Paralel olaraq TQDK "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili haqqında dövlət proqramı" əsasında qəbul aparır.

Proqrama əsasən, həm dövlət xəti ilə, həm də ayrı-ayrı dövlət strukturlarının vəsaiti hesabına ölkə üçün vacib olan ixtisaslar üzrə xaricdə təhsil almaq məqsədilə gənclər seçimlərini həyata keçirəcəklər.

.

Xəbər lenti

Xəbər lenti