...

Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsində olduğundan onların telekanallarının yayımına mane olunmur (video)

Cəmiyyət Materials 19 İyun 2007 16:47 (UTC +04:00)
Azərbaycanın Rusiya və Türkiyə ilə  münasibətləri strateji tərəfdaşlıq səviyyəsində olduğundan onların telekanallarının yayımına mane olunmur (video)

Azərbaycan Teleradio Şurasının sədri Nüşirəvan Məhərrəmli ilə Trend in müsahibəsindən parça

- Azərbaycan və Rusiya öz ərazilərində televiziya kanallarının qarşılıqlı yayımlanması barədə razlığa gəliblər. Saziş nə zaman imzalanacaq və Azərbaycan kanalı Rusiyanın hansı ərazisində yayımlanacaq?

- İyunun səkkizində Moskvada işçi qrupu ilə keçirilən ilk görüş zamanı ümumi prinsiplər razılaşdırılıb. Bu prinsiplərə əsasən, Azərbaycanın dövlət kanalı Rusiya ərazisində, RTR-planeta kanalı isə Bakıda yayımlanacaq. Biz həmçinin üç illik müqavilənin imzalanması haqqında razılığa gəlmişik. Eyni zamanda bu müqavilədə qarşı tərəfin dövlət suverenliyi, ərazi bütövlüyü, müstəqilliyinə hörmətlə yanaşmaq barədə bənd də nəzərdə tutulub. Bu prinsiplər pozulacağı təqdirdə birtərəfli qaydada müqavilədən imtina etmək mümkündür. Bundan əlavə, texniki xidmət üzrə müqavilənin imzalanması gözlənilir. Yaxın günlərdə Bakıda görüş keçiriləcək.

Azərbaycan kanalının hansı ərazidə yayımlanacağını söyləmək isə çətindir. Biz hesab edirik ki, bu məsələni paritet əsaslarla həll etmək lazımdır. Azərbaycanın ərazisi Rusiyadan kifayət qədər kiçikdir. Buna görə də balans müəyyənləşdirilməsi lazımdır.

- Türkiyə ilə danışıqlar nə zaman başlayacaq?

- Türkiyə ilə bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə yazışma gedir. Amma hesab edirəm ki, Türkiyə tərəfindən təklif olunan müqavilədə dəyişikliklər edilməlidir. Bu, əsasən texniki xarakter daşıyır. Biz Türkiyə ilə ruslarla olduğu kimi anoloji müqavilə imzalamaq istəyirik.

- Dünyada bir ölkənin kanalının başqa ölkədə yayımlanması təcrübəsi yoxdur. Niyə Azərbaycan bundan imtina etmir?

- Həqiqətən də, bu təcrübə özünü doğrultmur. Indiki texniki imkanlar xarici kanallara çıxmaq üçün kifayət qədər imkanlar verir. Rusiya və Türkiyəyə münasibətdə isə biz istisna edirik. Biz onların təşəbbüsünə qarşı çıxmırırq. Belə ki, Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Amma həqiqətdə isə bu cür yayım özünü doğrultmur.

Xəbər lenti

Xəbər lenti