...

"Xəzər-Lənkəran" Çempionlar liqasında Zaqreb "Dinamo"su ilə qarşılaşa bilər

Cəmiyyət Materials 19 İyun 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər-Lənkəran"ın UEFA Çempionlar liqasının birinci seçmə mərhələsində mümkün rəqibləri müəyyənləşib.

Trend in verdiyi xəbərə görə, Madridin "Real" klubunun milli çempionatda qələbəsindən sonra UEFA avrokubokda çıxış edəcək klubların yekun siyahısını açıqlayıb. Qurumun İcraiyyə Komitəsinin qərarına əsasən, ilk dəfə turnirə Andorra, San-Marino və Çernoqoriya buraxılıb. İştirakçıların siyahısı sonuncu beş mövsümün nəticələri əsasında müəyyənləşdirilib.

Beləliklə, "Xəzər-Lənkəran"dan başqa Çempionlar liqasının ilk raundundan mübarizəyə Zaqreb "Dinamo"su, "Elfsborq" (İsveç), "Jilina" (Slovakiya), "Şerif" (Moldova), "Kaunas" (Litva) və digər klublar qoşulacaq.

Xəbər lenti

Xəbər lenti