...

Birlikdə oxuyaq, qardaşlar!

Cəmiyyət Materials 20 İyun 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /müx. TrendLife Vüqar Vüqarlı/"Yeni Ulduz", "Azəristar" və "Xalq ulduzu" yarışması müsabiqəsindən sonra iş gəlib bizə çatıb. "Prodakşnlardan" biri "Oxuyan jurnalist" müsabiqəsi keçirir. Müsabiqənin dəqiq vaxtı hələ məlum olmasa da, keçirildiyi yer Novxanı akvaparkı olacaq.

Əziz oxucular, teatr artistlərindən, aparıcılardan, aşağı səviyyəli estrada müğənnilərindən sonra indi də siz jurnalistlərin oxumağını dinləmək imkanı qazanacaqsınız. Bircə o məlum deyil ki, jurnalistlər niyə birdən-birə oxuyamağa başlayır? Sevincdən, yoxsa kədərdən?

Xəbər lenti

Xəbər lenti