...

Şamaxıda aşkarlanan arxeoloji tapıntıların ilkin araşdırmaları başa çatıb

Cəmiyyət Materials 22 İyun 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspertlərinin bir neçə gen öncə Şamaxıda aşkarlanan orta əsr qədim yaşayış məskəni, qədim qəbr abidələri və mis-pul dəfinəsi ilə bağlı ilkin araşdırmaları başa çatıb. Bu barədə çərşənbə günü Trend ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli məlumat verib. Onun sözlərinə görə, ilkin araşdırma zamanı orta əsr yaşayış məskənlərinin XII-XIII əsrlərə aid olduğu və ərazidə sonradan müsəlman qəbirlərinin salındığı müəyyənləşdirilib. Müseybli bildirib ki, arxeoloji araşdırmalar başa çatmayana qədər orada tikinti-təmir işlərinə icazə verilməyəcək

"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti Şamaxı rayonu ərazisində tikinti-təmir işləri apararkən çərşənbə günü Nağaraxana kəndi ərazisində orta əsr qədim yaşayış məskəni, qədim qəbr abidələri və mis-pul dəfinəsi dağılıb. Fakt aşkarlandıqdan dərhal sonra Mədəniyyət və Turizm Nazirliyi işi dayandırıb. Yaranmış vəziyyətlə bağlı "Azərenerji"yə etiraz məktubu göndərilib.

Xəbər lenti

Xəbər lenti