...

Azərbaycanlı gimnast: "Biz bürünc medallara görə çox sevinirik"

Cəmiyyət Materials 2 İyul 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Biz Avropa çempionatında qazanılan bürünc medallara görə çox sevinirik. Azərbaycana görə çox sevinirik və ümid edirik ki, bu son uğur deyil". Bu sözləri brifinqdə azərbaycanlı gimnast Dinara Gimatova komandanın ümumi hesabda üçüncü yerə sahib çıxmasını şərh edərkən deyib.

Trend in xəbərinə görə, brifinq zamanı gimnast qeyd edib ki, əldə olunan nəticə komanda üzrə həmkarlarına və özünə birinciliyin finalında uğurlu nəticə göstərməyə yardım edəcək. "Ümid edirəm ki, biz belə də davam edəcəyik və çempionatın medalları uğrunda mübarizə aparacağıq" - deyə Gimatova vurğulayıb.

Ukraynlı idmançı Anna Bessonova isə qeyd edib ki, onun komandası da uğurla çıxış edib. Lakin qazıl medal qazana bilmədiyi üçün ikinci yerlə kifayətlənməli olub.

Xəbər lenti

Xəbər lenti