...

Teleradio Şurasının Azərbaycanda kabel televiziyasının vəziyyətinə dair toplantısı keçiriləcək

Cəmiyyət Materials 2 İyul 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Milli Televiziya və Radio Şurasının Azərbaycanda kabel televiziyasının vəziyyətinə dair toplantısı keçiriləcək. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bazar ertəsi məlumat verib.

Məhərrəmli qeyd edib ki, Şura kabel televiziyası ilə bağlı mövcud vəziyyətlə tanış olmaq, bu sahədə nə kimi irəliləyişin, həmçinin problemlərin olduğunu öyrənmək istəyir: "Yaxın günlərdə belə bir toplantımız olacaq. Amma əvvəlcə kabel yayımı ilə bağlı məlumatlar toplanmalıdır. Kabel televiziyalarının rəhbrlərinin iştirakı ilə mövcud vəziyyəti müzakirə edəcəyik. Öyrənmək istəyirik ki, nə üçün bəzi yayımçılar fəal, qalanları isə zəif işləyir" - deyə Məhərrəmli qeyd edib.

Onun sözlərinə görə, Teleradio Şurası ölkədə kabel televiziyasının sürətlə inkişaf etməsinə çalışır.

Xəbər lenti

Xəbər lenti