...

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti: "Avropa çempionatları Bakıda tez-tez keçirilə bilər"

Cəmiyyət Materials 2 İyul 2007 12:31 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti: "Avropa çempionatları Bakıda tez-tez keçirilə bilər"

Azərbaycan, Bakı /. Trend Z.Səfərov / Avropa Gimnastika İttifaqının (AGİ) rəhbəri Demetrios Dimitropulos qitə birinciliklərinin Bakıda keçirilməsinin mütəmadiliyinin artırılması təşəbbüsü ilə çıxış edib və indi bunu detallı şəkildə müzakirə etmək lazımdır. Bu fikri Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov gələcəkdə Azərbaycanda mötəbər yarışların keçirilməsi imkanlarını şərh edərkən ifadə edib.

Həsənov qeyd edib ki, Bakıda irimiqyaslı yarışların təşkili ilə bağlı istək hər iki tərəfdə var və indi bunu yalnız rəsmiləşdirmək lazımdır. "AGİ şübhə etmir ki, Azərbaycandakı yarışlar ən yüksək səviyyədə keçiriləcək və biz bunu dəfələrlə sübut etmişik. Ona görə də AGİ üçün Bakıda çempionatların keçirilməsi müəyyən mənada birinciliyin yüksək səviyyədə keçəcəyinin təminatıdır" - deyə Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti