...

Azərbaycan qılınc oynadanları Belçikadakı qitə birinciliyinə qatılacaqlar

Cəmiyyət Materials 2 İyul 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qılınc oynadanlardan ibarət yığması (qadınlar) iyulun 2-də Gentdə (Belçika) start götürən Avropa birinciliyində iştirak edəcək.

Heyətə dünya və qitənin komanda birinciliklərinin dəfələrlə mükafatçısı olmuş Janna Muratqızı, habelə beynəlxalq təcrübəyə o qədər də malik olmayan Aida Ələsgərova, Səbinə Əmrahzadə və Sevil Bunyadova daxildir.

Birincilik öncəsi Avropa Federasiyasının Konqresi keçirilib. Burada bəyan olunub ki, yarışın mükafat fondu 100 000 avro təşkil edəcək. Şəxsi birincilikdə Avropa çempionu olacaq idmançı 4000 avro, gümüş mükafatçı - 2500 avro, bürüncü mükafatçılar isə hərəyə 1000 avro qazanacaqlar. Komanda hesabında birinci yer tutacaq yığma 4000 avro, ikinci yer tutan komanda - 3000 avro, üçüncü yer sahibi isə 1000 avro alacaq.

Xəbər lenti

Xəbər lenti