...

Nizami və Xətai rayonlarında MİS rəisləri cərimələnib

Cəmiyyət Materials 2 İyul 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul/müx.TrendLife Fərid Sadıxov/Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları Bakı şəhərində reyd keçirərkən növbəti qanunsuzluq faktı müəyyənləşdiriblər. Bu barədə TrendLife-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reydlər zamanı Nizami və Xətai rayonlarında "JEK"-lərin xidməti ərazilərində məişət tullantılarının yandırılması faktları aşkar edilib. Bununla əlaqədar "JEK" rəisləri inzibati qaydada cərimələnib və onlara xəbərdarlıq edilib ki, şəhərdə zibil yandırılmasına yol verməsinlər.

"Sərnişin-servis" avtobus parkında keçirilən reydlər zamanı istehsalat tullantılarının yandırılması nəticəsində atmosfer havasının çirkləndirilməsi faktı aşkarlanıb və parkın rəhbərliyi qanuna müvafiq olaraq cərimələnib. Abşeron rayonunda (Bakı-Novxanı yolu) fəaliyyət göstərən yeməkxanada isə qanunsuz olaraq vəhşi çöl quşu olan qartalın saxlanmasına görə cavabdeh şəxslər inzibati qaydada cərimələnib.

Xəbər lenti

Xəbər lenti