...

İlin sonuna qədər dövlət sifarişi ilə filmlər çəkiləcək

Cəmiyyət Materials 2 İyul 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Hazırda gövlət tərəfindən sifariş olunmuş üç filmin çəklişləri gedir. Bu haqda TrendLife-a Azərbaycan Mədəniyyət və Turizm Naziriliyinin kino şöbəsindən xəbər verilib.

Bunlar "Qala (rejissor Şamil Nəcəfzadə)", "Günaydın, mələyim" (rejissor Oqtay Mirqasımov), "Cavad xan" (rejissor Rövşən Almuradlı) filmləridir. Bütün çəkilən filmlər bu ilin sonuna qədər təhvil veriləcək. Gərək rejissorlar bu müddətə öz işlərini bitirsinlər. Çoxları gözləyir ki, bu çəkilən filmlər yerli kinomatoqrafiyanın inkişafına böyük təkan olacaq.

Xəbər lenti

Xəbər lenti