...

"Bakı xəbər" qəzetinin iddiası ilə üzrə məhkəmə prosesi təxirə salındı

Cəmiyyət Materials 2 İyul 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Səbail rayon məhkəməsi "Bakı xəbər" qəzetinin iddiası əsasında bazar ertəsinə təyin olunan məhkəməni təxirə salıb. Bu barədə qəzetin baş redaktoru Aydın Quliyev məlumat verib.

Xatırladaq ki, 2005-ci ildə Ucar rayonundan olan Şahlar Ələkbərov adlı dövlət məmuru "Bakı xəbər" qəzetini məhkəməyə verərək qəzetin 20 milyon manat cərimələnməsinə nail olmuşdu. Səbail rayon məhkəməsi qəzetin bu məbləği hissə-hissə ödəməsinə dair qərar çıxarmışdı. Lakin iddiaçı tərəf bu qərardan apellyasiya şikayəti verərək "Bakı xəbər"in cəriməni birdəfəyə ödəməsini tələb etmişdi. Apellyasiya Məhkəməsi qəzetin cəriməni hissə-hissə ödəməsi barədə qərarı qüvvədən salıb və bundan sonra "Bakı xəbər"in bank hesabına həbs qoyulub.

"Bakı xəbər"in baş redaktoru əvvəlki məhkəmə qərarının bərpası, yəni, cərimənin hissə-hissə ödənilməsi ilə bağlı Səbail rayon məhkəməsində iddia qaldırıb. Bazar ertəsi keçirilən iclasa qarşı tərəf gəlmədiyi üçün hakim prosesi iyulun 12-ə təyin edib.

Xatırladaq ki, bank hesabına həbs qoyluan qəzet maliyyə problemləri üzündən nəşrini dayandırıb. Aydın Quliyev bildirib ki, qəzetin nəşrinin bərpası məhkəmənin çıxaracağı qərardan asılı olacaq. Əgər qəzetin bank hesabları açılsa, "Bakı xəbər"in nəşri bərpa ediləcək.

Xəbər lenti

Xəbər lenti