...

Dörd azərbaycanlı boksçu Avropa birinciliyinin final mərhələsinə çıxıb

Cəmiyyət Materials 3 İyul 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Dörd azərbaycanlı boksçu Macarıstanda keçirilən gənclər arasında Avropa birinciliyinin final mərhələsinə yüksəlib.

Elvin Məmmədzadənin ( 48 kq) rəqibi şotlandiyalı Robert Rayt olacaq. İlkin Ağayev ( 52 kq) isə rumıniyalı Adrian Razvanla qarşılaşacaq. Digər idmançılarımızın rəqiblərinə gəldikdə isə məlum olub ki, Rəşad Müslimov ( 75 kq) ukraynalı Vladimir Savenko ilə çətin mübarizə aparmalı olacaq. Rəşad Abdullayev ( 86 kq) isə rusiyalı Pavel Voykovun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, finallarda ən çox rusiyalı boksçular təmsil olunub. Onlar səkkiz çəki dərəcəsində qızıl medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycan yığmasının isə ümumi hesabda ilk üçlükdə möhkəmlənmək üçün yaxşı imkanı var.

Xəbər lenti

Xəbər lenti