...

Həbs olunan jurnalistlər müddətsiz aclıq aksiyasına başlayacaqlar

Cəmiyyət Materials 3 İyul 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalistlər sabahdan aclığa başlayacaq. "Lider-Media" qəzetinin baş redaktoru Məmmədəli Qəribli, qəzetin əməkdaşı Nizami Hacıyev və "Aqara" Jurnalist Araşdırmalar Mərkəzinin işçisi Səbuhi Bayramın yaxınları vasitəsilə ünvanladıqları bəyanatda aclıq aksiyasına başlamalarının əsas səbəbi kimi hüquq-müdafiə təşkilatlarının siyahılarına adlarının əfv üçün salınmaması göstərilib. Məhbuslardan birinin qardaşı Ramin Qəribli bildirib ki, jurnalistlər iyulun 4-dən müddətsiz aclıq aksiyasına başlayacaqlarını bildiriblər. Onlar saxlandıqları şəraitdən və cəzaçəkmə müəssisəsinin işçi heyətindən narazı olmadıqlarını bildiriblər, istəkləri Ombudsman və Mətbuat Şurasının sədri ilə görüşməkdir.

"Lider-Media" qəzetinin baş redaktoru Qəribli, qəzetin əməkdaşı Hacıyev Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti