...

Azərbaycanın voleybol üzrə yığmasının kapitanı: "Yaponlar öz azartları ilə bizə qalib gəldilər"

Cəmiyyət Materials 3 İyul 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Yaponiya yığması öz azartı və yüksək əhvalı ilə bizə qalib gəldi. Bu sözləri Azərbaycanın voleybol yığmasının kapitanı Oksana Quliyeva Boris Yeltsin kubokunda beşinci-altıncı yerlər uğrunda matçın nəticəsini şərh edərkən deyib.

Turnirin rəsmi saytında yerləşdirilən məlumata görə, idmançı etiraf edib ki, komanda yoldaşlarından daha maraqlı oyun gözləyirdi. "Düşünürəm ki, bizə diqqət və oyuna konsentrasiya çatışmadı. Bəzən görürdüm ki, qızlar meydançada topları tutmağa belə cəhd göstərmirdilər" - deyə Quliyeva bildirib.

Yığmanın çalışdırıcısı Aleksandr Çervyakov qeyd edib ki, yığma oyunda qələbə qazana bilərdi. "Lakin qızlar rəqibə oyunu müqavimətsiz verdilər. Çox səhv buraxırdılar, hücumda, blokda və müdafiədə zəif oynayırdılar. Onlar asan qələb gözləyirdilər, ona görə də çox pis oynayırdılar. Mən heç razı deyiləm" - deyə məşqçi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti