...

Dəvəçidə şəkərli diabetli xəstələrin sayı iki dəfə artıb

Cəmiyyət Materials 3 İyul 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Dəvəçi rayonunda bu il şəkərli diabet daşıyıcılarının və ürək, qan-damar xəstələrinin sayı iki dəfə artıb. 2004-ci ildə Dəvəçidə 217 şəkərli diabet daşıyıcısı qeydiyyatda idisə, artıq bu günə olan göstərici 407 nəfərə yüksəlib. Bu barədə çərşənbə axşamı Dəvəçi rayonunun baş terapevti Mehrac Haşımov məlumat verib. Onun sözlərinə görə, xəstəliyin yaranmasına səbəb ailə problemləri, münqişələr və stress hallarıdır. Haşımov bildirib ki, qeyd olunan xəstəliklərlə əlaqədar rayonda infarktların da sayı artıb. Xəstələrin əksəriyyəti hipertoniya, ürəyin işemik xəstəlikləri ilə müraciət edirlər. Bu il infarktdan dörd nəfər dünyasını dəyişib.

Dəvəçi paytaxt Bakıdan 130 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti