...

Həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbi ilə piket keçiriləcək

Cəmiyyət Materials 3 İyul 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/Azərbaycan Gənclər Platforması həbs edilmiş jurnalistlərin azadlığa buraxılması tələbi ilə piket keçirilmək istəyir. Bu barədə çərşənbə axşamı

Azərbaycan Gənclər Platformasından məlumat verib.

Gənclər qurumu iyulun 10-da M. Ə. Sabir adına bağda aksiya keçirilməsinə icazə verilməsi ilə bağlı çərşənbə axşamı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Keçiriləcək piketdə 50 nəfərin iştirakı nəzərdə tutulur.

Hazırda Azərbaycanda yeddi nəfər jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti