...

Şoumen Kamran Həsənli və müğənni Aygün Kazımova arasında anlaşılmazlıq oldu

Cəmiyyət Materials 3 İyul 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /müx.TrendLife Vüqar Vüqarlı/Canlı efir doğrudan da gözlənilməz hadisələrlə doludur. "Sizin saat" verilişinin aparıcısı, şoumen Kamran Həsənli bunun şahidi oldu. Onu da yadınıza salaq ki, verilişdə mövzu "Ulduzlardan hansı öz konsertində stadionu tam doldura bilib?" idi. Lakin telefon bağlantısında olan müğənni Aygün Kazımova doğrudan da Kamranın ünvanına təhqiramiiz sözlər söylədi. Kamran öz alicənablığını saxlayıb, canlı efirdən istifadə etməyib ona sadəcə bir kəlmə "müğənninin tərbiyəsizliyidir" - dedi.

TrendLife müxbiri efirdən dərhal sonra Kamran Həsənli ilə əlaqə saxlayıb olanlara aydınlıq gətirməyi xahiş etdi. "Aygün xanımın sözləri, deyəsən, onun özünə aid idi. Deyəsən, ATV-nin qapılarının bir vaxt onun üzünə bağlı olması yadından çıxıb. Qorxuram ki, tarix təkrarlana" - deyə Kamran söylədi.

Görün, bu haqda Aygun Kazımova nələr söylədi: "Mən dediklərim barədə heç də peşman deyiləm, təkrar etməyə hazıram. Qoy gedib klarnetində ifa etsin. O ki, qaldı, ATV-nin qapılarının mənim üzümə bağlanmasına, o, onluq deyil".

TrendLife-ın fikrinə qalanda isə, bu, yeni qalmaqalın başlanğıcıdır. Siz necə düşünürsünüz?

Xəbər lenti

Xəbər lenti