...

Filadelfiyada azərbaycanlı uşaqları övladlığa götürmüş amerikalı ailələrlə görüş keçiriləcək

Cəmiyyət Materials 4 İyul 2007 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova, A.Qara / ABŞ-ın Azərbaycan icması azərbaycanlı uşaqları övladlığa götürmüş amerikalı ailələrlə altıncı illik görüş keçirəcək.

ABŞ-ın Azərbaycan icmasından verilən məlumata görə, görüş 20-22 iyulda Filadelfiyada planlaşdırılır. Xəbərdə Azərbaycandan övladlığa götürülmüş uşaqların sayı göstərilmir.

Görüş Azərbaycan milli müsiqisinin sədaları altında "Konak" adlı türk restoranında keçiriləcək. Tədbirdə azərbaycanlı uşaqların əl işləri nümayiş etdiriləcək.

ABŞ-ın Azərbaycan icması 1975-ci ildə qeyri-kommersiya təşkilatı kimi yaradılıb. Məqsəd Azərbaycan, Azərbaycan xalqı, mədəniyyəti, tarixi barədə biliklərin artırılması, habelə Azərbaycanla ABŞ arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişafıdır.

Xəbər lenti

Xəbər lenti