...

"Bu şəhərdə"nin prodüsseri Müşfiq Abbasov: "Çox təəssüf ki, bizim rəqibimiz yoxdur"

Cəmiyyət Materials 4 İyul 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /müx.TrendLife Eldar Hüseynzadə/ Hazırda çoxları özlərini Rafael İsgəndərova, Coşğun Rəhimova oxşatmaq istəyirlər. TrendLife bununla bağlı "Bu şəhərdənin" prodüsseri Müşfiq Abbasovun fikrini bilmək istədi.

"İnanın ki, bu olay həm vacibdir, həm də lazım. Rafael və Coşğun təzə-təzə başlayanda "Qorodka" verilişinin iştirakçıları İlya Oleynikov və Yuri Stoyanovdan çox şeylər götürürdülər. Lakin biz elə etdik ki, insanların yaddaşlarında "Bu şəhərdə" kimi qaldıq. Hazırki vaxta Rafael və Coşğun yerli şou-biznes aləmində yeganədirlər ki, 3 saat zalı ələ ala bilirlər, bu müddət ərzində tamaşaçılar darıxmırlar. Hazırda isə səhnədə bizə rəqib yoxdur. Amma inanın ki, arada düşünürəm, bizi təkrarlayırlar. Rəqiblər bizmlə qəddar oyun oynaya bilərlər. Əgər elə birisi əmələ gəlsə, təbii ki, biz bəzi elementlərimizi, zarafatlara baxışımızı, konsertin gedişini dəyişdirərik. Hər zaman sağlam rəqabət aparmaq lazımdır" - deyə Müşfiq Abbasov qeyd etdi.

Xəbər lenti

Xəbər lenti