...

Almaniyada Azərbaycanın tanıdılmasına həsr olunan yay forumu işə başlayır

Cəmiyyət Materials 4 İyul 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Avropada tanıdılması, lobbiçilik fəaliyyətinin gücləndirilməsi məqsədilə bu gün Almaniyanın Löksingen şəhərində azərbaycanlı gənclərin yay forumu işə başlayır. Bu barədə Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq bölməsindən məlumat verilib.

Bir həftəlik nəzərdə tutulan yay forumu iyulun 11-dək davam edəcək. Tədbirin əsas təşkilatçısı ATAF-dır. Forumda Avropa ölkələrindən olan tələbələr, ziyalılar və digər qonaqlar iştirak edəcək. Azərbaycandan hüquqşünas Erkin Qədirli, Belçikadan ATAF-ın rəhbəri Vüsal Məmmədov və digər şəxslər məruzəçi qismində çıxış edəcəklər.

Tədbirdə Azərbaycanın tanıdılması, təbliğat işlərinin qurulması, Avropanın mediasında, internet məkanında ölkəmizin təbliğatının aparılması məsələləri müzakirə olunacaq. Sonda bu sahələrlər üzrə iş aparılması üçün işçi qrupları yaradılacaq.

Fransanın Strasburq şəhərinin yaxınlığında yerləşən Löksingen qəsəbəsi həm də Almaniyanın istirahət düşərgəsi kimi tanınır. ATAF-dan bildirilib ki, artıq qonaqlar düşərgəyə gəlməyə başlayıblar. Forum bu gün işinə başlayır.

Xəbər lenti

Xəbər lenti