...

Turizm institutunun bir yaşı tamam olur

Cəmiyyət Materials 4 İyul 2007 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /müx.TrendLife Vüqar Vüqarlı/"Avropa" mehmanxanasında Turizm İnstitutunun bir yaşına həsr edilmiş tədbir keçirildi. Ölkəmizdə hazırkı tədris müəssmsəsinin bir illik fəaliyyətinə baxmayaraq, institut beynəlxalq status alıb. Bu gün "Avropa" mehmanxanasında bizim Turizm İnstitutu ilə Avstriyanın Krems Universiteti arasında birgə əməkdaşlıq barədə müqavilə imzalandı.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev tədbirdə çıxışında bildirdi ki, bizim institutun məzunları tədrsi başa vuran kimi dərhal iki diplom alacaq - bizim və Avstriya Universitetinin. "Bu diplomlar Avropa ölkələri tərəfindən beynəlxalq statusa layiq görülüb. Belə bir fakt bizi sevindirməyə bilməz" - deyə Qarayev qeyd etdi.

Onu da deyək k, cənab Qarayev bu gün tərcüməçinin xidmətindən imtina edib.

Xəbər lenti

Xəbər lenti