...

Ədalət Vəliyev QİƏT ölkələri mədəniyyət nazirliklərinin müşavirəsində çıxış edib

Cəmiyyət Materials 4 İyul 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /müx.TrendLife Eldar Hüseynzadə/ Bu gün Yunanıstanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin mədəniyyət nazirliklərinin müşavirəsi keçirilib. Bu haqda TrendLife-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər verib.

Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavni Ədalət Vəliyev və beynəlxalq təşkilatların və proqramların əməkdaşlıq üzrə aparıcı mütəxəssizi Vasif Eyvaz-zadə təmsil edib. Müşavirədə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub. Öz çıxışında Ədalət Vəliyev həmçinin qeyd edib ki, torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin abidələrini məhv ediblər.

Həmçinin Ədalət Vəliyev Qara dəniz və Xəzər dəniz ətrafında olan ölkələrin arasında mədəniyyət körpüsü adlı layihəsini təqdim edib.

Onu da qeyd edək ki, layihə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti