...

Qrossmeyster Teymur Rəcəbov Odessa turnirinə qələbə ilə başlayıb

Cəmiyyət Materials 4 İyul 2007 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Odessada Yefim Qellerin şərəfinə keçirilən sürətli şahmat üzrə "Pivdenny Bank Chess Cup" III beynəlxalq turnirinə qələbə ilə başlayıb.

Trend xəbər verir ki, birinci turda şahmatçı qara fiqurlarla İsrailli məşhur şahmatçı İlye Smirini məğlub edərək yarışın liderlərindən biri olub. Bundan əlavə, bu mövsümdə Teymur artıq Odessada sürətli şahmat üzrə Dünya Çempionatında iştirak edib.

Yarışda İspaniyadan Aleksey Şirov, ev sahibi Vladimir Tukmakov, Yuri Drozdovski və Vasili İvançuk, Rusiyadan Aleksandr Qrişuk, İsraildən Boris Qelfand, fransız Eten Bakro və hazırda Isveçrədə yaşayan Viktor Korçnoy iştirak edir.

Xəbər lenti

Xəbər lenti