...

Aşıqlar ölülər üçün ifa edəcəklər

Cəmiyyət Materials 5 İyul 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /müx. "TrendLife" Günel Əhmədova/ Aşıqlar İttifaqının binası ilə bağlı problem hələ də öz həllini tapmayıb. İttifaqa bir çox binalar təklif olunub, sadəcə həmin yerlərin təmirə ehtiyacı var. İttifaqın rəhbəri Zümrüd Məmmədovanın "TrendLife"a verdiyi məlumata görə, hazırda Əl Oyunları Sarayında onlar üçün otaq ayırıblar: "Bu otağın nə normal tavanı, nə döşəməsi, nə də suyu var. Çirkab yerdir. Mən belə hesab edirəm ki, bizim üçün şərait yaratmamaq, aşıq sənətinə hörmətsizlik deməkdir. Əgər belə davam etsə, biz Qurd Qapısı ərazisində yerləşib, ölülər üçün ifa edəcəyik. Bizim başqa çıxış yolumuz yoxdur". Zümrüd xanım onu da qeyd etdi ki, İttifaq yardım üçün ölkə prezidentinə müraciət edəcək. Onu da qeyd edək ki, Aşıqlar İttifaqı özünün sonuncu qurultayını 2000-ci ildə keçirib.

Xəbər lenti

Xəbər lenti