...

Azərbaycan MOK-un vitse-prezidenti: "Soçinin qələbəsində əsas amil güclü müraciət komitəsi oldu"

Cəmiyyət Materials 5 İyul 2007 13:11 (UTC +04:00)
Azərbaycan MOK-un vitse-prezidenti: "Soçinin qələbəsində əsas amil güclü müraciət komitəsi oldu"

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Soçi şəhərinin qələbəsinin əsasını Rusiya prezidenti Vladimir Putinin arxasında dayandığı güclü müraciət komitəsi təşkil edib.

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Soçi şəhərinin 2014-cü ildə qış olimpiadasını qəbul etmək uğrunda aparınla mübarizədəki qələbəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Soçidə dünya standartlarına cavab verən heç bir idman obyekti olmasa da, şəhərin tikinti üçün lazımi maliyyəsi var. "BOK-da pərdəarxası zarafat edirdilər ki, Pyonçanqın arxasında "Samsunq", Soçinin arxasında "Qazprom" dayanır. Zalsburqun arxasında isə heç kimi yoxdur. Bu, avropalıların fikridir. Lakin hər şey BOK-un hər bir üzvünün səsindən asılı idi. Özü də bu məsələnin öz nüansları var idi. Zalsburqun şanslarını aşağı kimi dəyərləndirirdim. Çünki sonuncu qış olimpiadası Turində, yəni Avropada keçirilmişdi" - deyə Hüseynzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti