...

Olimpiadada oynanılan medalların sayı artmayacaq

Cəmiyyət Materials 5 İyul 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov / Yeni idman növləri yalnız köhnələrin çıxarılması nəticəsində olimpiya proqramına salına bilər.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, BOK-un Qvatemaladakı sessiyasında istənilən gözlənilməzliklər baş verə bilər. BOK üzvləri bu sessiyada iyirmi beş olimpiya idman növünü seçməlidir.

"Jak Roqqe BOK-un prezidenti olanda bir bəyanat verdi. O bildirib ki, oyunlarda oynanılan medalların və iştirakçıların sayı artmayacaq. Belə ki, qadın güləşinin siyahıya salınması kişi güləşində çəki dərəcələrinin azalmasına gətirib çıxarıb. Eyni vəziyyət ağır atletikada da müşahidə olunub. Mövcud çərçivələr -oyunlardakı idmançıların sayı 10.500 (+- 200- 300) olmalıdır və on bir mini keçməməlidir. Ona görə də bu və ya digər idman növünün ixtisar, ya da əlavə olunması zamanı bu məqamlar nəzərə alınmalıdır" - deyə Hüseynzadə vurğulayıb.  

Xəbər lenti

Xəbər lenti