...

Pirallahı kəndində qazax inqilabçısı Mustafa Şoxay haqda film çəkilir

Cəmiyyət Materials 5 İyul 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /müx.TrendLife Əli Dərviş/Pirallahı kəndində qazax inqilabçısı Mustafa Şoxayın həyat və yaradıcılığından bəhs edən film çəkilir. Şakena Aymanov adına "Qazaxfilm" "Mustafa Şoxay" adlı film çəkir. Filmin rejissoru Saken Narımbetovdur. Bakıya bütün çəkiliş qrupu gəlib. Rekvizit kimi isə Azərbaycan Dövlət Opera və Balet teatrında təqdim olunacaq. "Mustafa Şoxay - tarixi şəxsiyyətdir, onun haqqında bir çox qazaxlar bilmir. Ən əsası isə indki gənclər. Çox təəssüf ki, onun adı indiyə qədər Qazaxıstanın heç bir tarixi dərsliyinə salınmayıb. Sovet hökuməti çox çalışırdı ki, onun adı heç bir yerdə hallanmasın. Çəkiliş üçün isə biz Pirallahını seçdik, ona görə ki, yer öz təbiətini qoruyub saxlayıb. Köhnə körpu, balıqlar, balıqların iyi, Xəzərin duzlu suyu bütün bu ab-hava keçən yüz illiyi yada salır" - bu sözlərlə filmin rejissoru Saken Narımbetov TrendLife-a öz söhbətinə başladı.

Kinorejissorun sözlərinə görə, qazax kinomatoqrafiyası hazırda Azərbaycan kinomatoqrafiyası ilə eyni səviyyədədir. Bir il ərzində onlar çətinliklə tam etrajlı film çəkirlər. Əlbəttə, söhbət özəl kinostudiyalardan getmir. Onlar bir həftə ərzində keyfiyyətsiz film çəkib buraxırlar dövrüyyəyə. Onu da qeyd edək ki, "Qazaxfilm" istəyir ki, amerikalı kinomatoqrafçıları qabaqlasın. Onlar artıq Mustafa Şoxayın adı çəkilən və ikinci dünya müharibəsindən bəhs edən filmi 64 günə çəkiblər.

"Necə deyərlər, Allah deyir, səndən hərəkət, məndən bərəkət . Biz filmi payız aylarında təhvil verməyi planlaşdırırıq. Çəkilişlər artıq 3 ilə yaxındır ki, gedir. Bu isə qazax kinomatoqrafçılarının günahı deyil. Dövlət lazım olan məbləği büdcədən vermirdi. Çəkilən film əsasən gənclər üçün nəzərdə tutulub. Həmin gənclər ki, ikinci dünya müharibəsi baş verən siyasi tarixlə maraqlanırlar" - deyə Saken Narımbetov bildirdi.

Bədii filmdə gənc aktyorlar çəkilib. Əsas inqlabçı rolunu qazax dram teatrının aktyoru Əziz Bişinəliyev oynayıb. Onun həyat yoldaşı rolunu isə qazax estradasının ulduzu Karina Abdulina oynayıb. Müğənni TrendLife-la söhbətində bildirdi ki: "Mənim qəhrəmanım Mariya Qorinadır. O, çox möhkəm qadındır, sevdiyi kişisi üçün öz karyerasını bitirir. Mənə elə gəlir ki, həyatda mən də belə hərəkət edə bilərəm. Çəkiliş meydançasının şərtləri çox vaxt dözülməz olur. Filmin birinci hissəsi qarda, 20 dərəcə şaxtada çəkilib. Lakin nə etmək olar? Sənət qurban tələb edir. Öz sağlamlığımızı qurban verməli oluruq. Hər şey bir-biri ilə bağlıdır. Burda da kino mahnı ilə, mahnı isə kino ilə bağlıdır".

Xəbər lenti

Xəbər lenti