...

"Karvan"ın sabiq baş məşqçisi Yunis Hüseynov iş yerini dəyişəcək

Cəmiyyət Materials 5 İyul 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov / "Karvan" futbol klubunun sabiq baş məşqçisi Yunis Hüseynov iş yerini dəyişəcək.

Çalışdırıcıya ötən mövsüm birinci liqada çıxış edən və yüksək diviziona vəsiqə qazana bilən Bakının "Standart" klubu təklif irəli sürüb. Tərəflər keçidin bəzi detallarını razılaşdırıb müqavilə imzaladıqdan sonra Hüseynov yeni kollektivə rəhbərlik edə biləcək.

Ötən mövsümün nəticələrinə əsasən, Hüseynovun rəhbərlik etdiyi "Karvan" yarışa uğurla başlasa da, sonda mükafatsız qalıb və avrokuboklara düşə bilməyib.

Xəbər lenti

Xəbər lenti