...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda bir sıra qanunsuzluqlar aşkarlayıb

Cəmiyyət Materials 5 İyul 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhərindəki 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları iyun ayı ərzində ətraf mühitin mühafizəsinə nəzarət məqsədilə keçirdikləri reydlər zamanı bir sıra qanun pozuntuları aşkarlayıblar. Bu barədə cümə axşamı Nazirlikdən məlumat verilib. Reydlər zamanı qeyri-qanuni qum daşınması ilə bağlı təqsirkar şəxslər - E.İmanbaxışov, S.Əhmədov, E.Xalıqov, B.Məmmədov, Ə.Nəsiyev və B.Mahmudov saxlanılıb, fakt üzrə onların hər birinə inzibati cərimə tətbiq edilib. Eyni zamanda Sumqayıt şəhərində yerləşən və tikinti-quraşdırma işlərı ılə məşğul olan "TAC HOLDİNQ" MMC-nin Dövlət Ekoloji Ekspertiza İdarəsinin rəyi olmadan fəaliyyət göstərməsi aşkar edilib. Faktla bağlı cəmiyyətin sədri S.Əkbərov inzibati qaydada cərimələnib və ona icra üçün məcburi göstəriş verilib.

Nazirliyin nümayəndələri Sumqayıtda Dövlət Ekoloji Ekspertiza İdarəsinin rəyi olmadan fəaliyyət göstərən daha bir obyekt aşkar ediblər. Məlum olub ki, icazəsiz istismara verilmiş dülgər sexlərində əmələ gələn bərk tullantılar idarə olunmur. Nəticə etibarilə sexlər üzrə cavabdeh şəxslər - R.Əzimov, R.Məmmədov və E.Bağırov cərimələnib və onlara konkret tələblərdən ibarət icra üçün məcburi göstərişlər verilib. Aparılan araşdırmalar nəticəsində Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində V.Allahverdiyev tərəfindən ağac kəsilməsi faktı müəyyənləşdirilib, ona qarşı da inzibati cərimə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti