...

Əsir və girovluqda 451 Azərbaycan vətəndaşı qətlə yetirilib

Cəmiyyət Materials 6 İyul 2007 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Cari ilin 6 ayı ərzində aparılmış araşdırma zamanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 109 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend ə verilən məlumata görə, iyulun 1-ə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4471 nəfərdir. Onlardan 3591-i hərbçi, 871-i mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 51-i uşaq (17-si azyaşlı qız), 384-ü yaşlı şəxsdir (175-i qadın).Əsir, itkin düşmüş 4471 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.Əsir və girovluqdan 1391 nəfər azad edilmişdir. Onlardan 343-ü qadın, 1047-si kişidir. Eyni zamanda 168-i uşaq (65 nəfər azyaşlı qız), 289-u qocadır(112 nəfər yaşlı qadın).Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 451 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 86-sı qadın, 365-i kişidir. 124 nəfərin yalnız adı məlumdur, 67 nəfər isə naməlum şəxslərdir

Xəbər lenti

Xəbər lenti