...

Azərbaycanın təhsil naziri: "Erkən nigah və dini baxışlarına görə təhsildən yayınma halları var"

Cəmiyyət Materials 6 İyul 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın bəzi regionlarında erkən nigah və dini baxışlarına görə təhsildən yayınma halları mövcuddur, ancaq bu kütləvi xarakter daşımır. Bu barədə cümə günü təhsil naziri Misir Mərdanov BMT-nin Baş Məclisinin "Uşaqlar üçün yararlı dünya" Qətnaməsinin 5 illiyinə həsr edilmiş Milli Konfransda məlumat verib. Onun sözlərinə görə, təhsildən yayınma hallarının mövcudluğu Azərbaycan ədət-ənənələri ilə bağlıdır. Nazir onu da qeyd edib ki, hər il olduğu kimi, 2007-2008-ci tədris ilində də 1 mln. 500 aşağı sinif şagirdlərinə pulsuz dərsliklər paylanacaq. Onun sözlərinə görə, ölkənin təhsil sisteminin inkişafı üçün indiyə gədər 15 dövlət proqramı təsdiqlənib. Gələcəkdə də bu istiqamətdə işlər aparılacaq.

Xəbər lenti

Xəbər lenti