...

Murad Acının filmində tarixin yeni səhifələri

Cəmiyyət Materials 6 İyul 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bakı Dövlət Universitetinin zalında bu gün Rusiyanın tanınmış tarixçi coğrafiyaşünası Murad Acının ilk filminin təqdimatı oldu. Film "Milli tariximiz, milli ideyamız" adlanır. Murad Acı 400-dən çox məqalənin, 30-dan çox elmi kitabın müəllifidir. O, kumık xalqının tarixi ilə maraqlanır, hazırda isə "Həzrəti Qeorqi" Beynəlxalq Fondunun üzvüdür. Onun kitablarının bir çoxu türk xalqlarının tarixinə aiddir. "Avropa, türklər", "Nəhəng çöllük", "Asiya Avropası", "Türklər və dünya" və başqalarını misal göstərmək olar. Murad Acının "TrendLife"a verdiyi məlumata görə: "Mən qəsdən Bakıya gəldim, istədim ki, filmim burada nümayiş etdirilsin. Çünki bu ölkə yeganə müstəqil türk dövlətidir. Hazırda bu ölkə çox yüksək səviyyədə inkişaf edir. İndi türk dünyasına yeni lider vacibdir, əlbəttə mən bu situasiyada Azərbaycanı dəstəkləyirəm". Filmə baxmaq üçün universitetin zalına bir çox tarxçilər, coğrafiyaşünaslar toplaşmışdı. Filmin təqdimat mərasimini universitetin rektoru Abel Məhərrəmov açdı: "Bu gün çox önəmli gündür. Biz tanınmış alim Murad Acının filmini təqdim edirik. Onun yaradıcılığı uzun müddət türk xalqlarının etnosu ilə bağlı olub. İnanıram ki, bu gün göstərəcəyimiz film hamıda müsbət təəssürat yaradacaq". Təqdim edilən "Milli tariximiz, milli ideyamız" filmi qədim Deşk-Qıpçaq dövlətindən bəhs edir. Bu film dahi Rusi obrazı haqqındadır. Filmdə tarixin qaranlıq anlarının işıqlandırılması və bir çox maraqlı faktlardan söhbət gedir. Bu səbəbdən də birmənalı qarşılanmadı. Hətta alimlərdən biri Murad Acının filmində tarixin düzgün göstərilməməsi barədə bildirdi. Düzdür, söhbət tez bağlandı. Murad Acı özü də boynuna aldı ki: "Mən coğrafiyaşünasam, tarixçi deyiləm. Öz kitablarım və filmimlə isə insanlara sağlam düşüncə tərzi verirəm". Qalan iştirakçılar isə Rusiya aliminin yaradıcılığını bəyəndilər. Gələcəkdə Murad Acının bir çox kitablarına sənədli filmlər çəkiləcək.

Xəbər lenti

Xəbər lenti