...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəzi müəssisələri cərimələyib

Cəmiyyət Materials 6 İyul 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan reydlər zamanı Əzizbəyov rayonu Abşeronneft və N.Nərimanov adına NQÇİ-lərdə neftlə, Bilgəh Kardioloji Sanatoriyasında isə mazutla çirklənmiş tullantı suların dənizə, eləcə də dəniz sahilinə axıdılması halları aşkarlanıb. Bu barədə cümə günü nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, aşkarlanan faktla bağlı Departament tərəfindən qanuna müvafiq inzibati tədbirlər görülüb və müəssisə rəhbərləri cərimələnib.

Bundan başqa, reydlər zamanı Siyəzən rayonunun Zarat kəndində fəaliyyət göstərən "MMZ" MMC quşçuluq fabrikində də istehsalat tullantılarının (quş peyini) ətraf əraziyə atılması ilə bağlı müəssisə rəhbərliyi inzibati qaydada cərimələnib və çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan "məcburi göstəriş"lər verilib.

Xəbər lenti

Xəbər lenti