...

Qafqaz Müsəlmanları İdarəsinin sədri: "Azərbaycanda dinlə bağlı yeni proqram qəbul ediləcək"

Cəmiyyət Materials 6 İyul 2007 14:47 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri: "Azərbaycanda dinlə bağlı yeni proqram qəbul ediləcək"

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Azərbaycanda gələn ildən dinlə bağlı yeni proqramın hazırlanmasına başlanılacaq. Bu barədə cümə günü Gəncədə keçirilən regional müşAlavirədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə məlumat verib. Onun sözlərinə görə, bu proqram çərçivəsində dindarların əmək haqları, onların geyimləri və onların fəaliyyətinə nəzarət kimi məsələlər həyata keçiriləcək. Yeni proqramın təxminən gələn ilin ortalarına hazır olacağını deyən QMİ sədri Gəncədə İslam Universitetinin filialının açılmasının nəzərdə tutulduğunu bildirib. Onun fikrincə, universitetin filialının açılmasında məqsəd Gəncədə gənclərin dini təhsil almaq üçün xarici ölkələrə getməsini minimuma endirməkdir.

Gəncə paytaxt Bakıdan 365 kilkometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti