...

Nazir: Azərbaycanın səhiyyə sahəsinin maliyyələşdirilməsinin yeni konsepsiyası hökumətə təqdim olunacaq

Cəmiyyət Materials 6 İyul 2007 16:50 (UTC +04:00)
Nazir: Azərbaycanın səhiyyə sahəsinin maliyyələşdirilməsinin yeni konsepsiyası hökumətə təqdim olunacaq

Azərbaycan, Bakı/ Trend müxbir S.Aqayeva/ Azərbaycanın səhiyyə sahəsinin maliyyələşdirilməsinin yeni konsepsiyası yaxın zamanlarda baxılmaq üçün hökumətə təqdim olunacaq. Bu barədə cümə günü jurnalistlərə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.

Nazir bildirib ki, konsepsiya Azərbaycanın Maliyyə və Səhiyyə nazirlikləri tərəfindən hazırlanıb və sahənin təkmilləşdirilməsinə yönəlib. Konsepsiyada həmçinin tibbi sığorta məsələləri də əks olunub.

Səhiyyə naziri ölkənin sərhədyanı rayonarında müalicə-diaqnostoika müəssisələrindəki təmir işləri barədə də danışıb. O qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin vəsaitləri hesabına müasir stanadartlara cavab verən 10 müalicə - diaqnostika müəssisəsinin tlikilməsi planlaşdırılır. Hazırda isə Oğuz, Yevlax, Xanlar rayonlarında, Bakının Nardaran qəsəbəsində və digər ərazilərdə təmir-tikinti işləri davam etdirilir.

Nazirin verdiyi məlumata görə, bu il paytaxtın Binə, Zirə, Badamdar, Nardaran, Bülbülə, Xocahəsən qəsəbələrində qısa müddətdə istismara veriləcək müalicə-diaqnostika müəssisələrinin tikintisinə başlanılacaq. Digər qəsəbələrdə olan tibb müəssisələri əsaslı təmir olunacaq. Oftalmologiya Elmi Tədqiqiat İnstitutu və Milli Onkoloji Mərkəzin tikintisi isə davam edir. Bu il Azərbaycanda təqribən 50 tibb müəssisəsi tikilicək və əsaslı təmir olunacaq.

Xəbər lenti

Xəbər lenti