...

Qrossmeyster Teymur Rəcəbov Odessa turnirinin mükafatçısı olmaq şansını itirməyib

Cəmiyyət Materials 6 İyul 2007 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ukraynalı Yuri Drozdovski ilə Odessada keçirilən sürətli şahmat üzrə beynəlxalq turnirin 7-ci turunda heç-heçə oynayıb.

Trend xəbər verir ki, Teymur artıq iki xalla yarışa liderlik edən rusiyali Aleksandr Qrişuk və ukraynalı Vasili İvançukdan geri qalır. Onlar müvafiq olaraq Vladimir Tukmanov və İli Smiri ilə partiyalarda qalib gəliblər.

Bununla belə bu mövsümdə Hollandiyanın Veyk-An-Zee superturnirində qələbə qazanan Teymurun hələ ki, mükafatlı yer tutmaq şansı var. Belə ki, qarşıda o, hələ iki görüş də keçirməlidir.

Xəbər lenti

Xəbər lenti