...

Qrossmeyster Teymur Rəcəbov Odessa turnirində üçüncü yeri tutub

Cəmiyyət Materials 7 İyul 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Odessada keçirilən sürətli şahmat üzrə "Pivdenny Bank Chess Cup" beynəlxalq turnirində üçüncü yeri tutub.

Sonuncu turda şahmatçı onu iki xal qabaqlayan yarış liderlərindən biri Aleksandr Qrişukla qarşılaşıb. Rəcəbovun qara fiqurlarla oynadığı gərgin oyunda heç bir tərəf qələbə qazana bilməyib. Xal itkisi Qrişuk üçün birinci yerin itirilməsi ilə nəticələnib. Vasili İvançuk isə rəqibinin müvəffəqiyyətsizliyindən istifadə edərək Vladimir Tukmakova qalib gəlib.

Rəcəbov Aleksey Şirovla bərabər xal toplasa da, əlavə yaxşı koffisentlərinə görə üçüncü yeri tutub.

Xəbər lenti

Xəbər lenti