...

ABŞ hökuməti Azərbaycanda yeni proqram həyata keçirir

Cəmiyyət Materials 7 İyul 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Sentyabrda yeni tətbiq olunan "Açıq dünya" proqramı üzrə təcrübə toplamaq üçün Azərbaycandan ABŞ-a 3 mütəxəssis qrupu göndəriləcək. Bu barədə Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində keçirilən tədbirdə Amerika Şurası Təşkilatının Azərbaycan üzrə direktoru Şeyn Ostin bildirib.

Azərbaycanda "Açıq dünya" proqramı 2007-ci ildən həyata keçirilir və məhkəmə təcrübəsi sahəsində iki qrup (hər birində 8 nəfər) artıq ABŞ-a səfər edib. Təcrübədə əsas mövzular isə "Qanunun aliliyi" və "Güvənilən idarəetmə" olub.

Proqram ilk dəfə məhz Rusiya üçün nəzərdə tutulmaqla 1999-cu ildə yaradılıb.

Daha sonra, 2003-cü ildə bu layihə digər ölkələrdə, xüsusilə Litva, Ukrayna və Özbəkistanda yayılıb.

Proqram müxtəlif sahələrdən olan mütəxəssislər üçün nəzərdə tutulub və ABŞ-da müxtəlif tədbirlərdə iştirak və təcrübəyə əsaslanır.

"Layihənin əsas məqsədi ölkələr arasında sıx əməkdaşlığın yaradılmasıdır",-deyə Şeyn Ostin qeyd edib.

Xəbər lenti

Xəbər lenti