...

Dünya Azərbaycanlıları Konqresinə yeni sədr seçilib

Cəmiyyət Materials 9 İyul 2007 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinə (DAK) yeni sədr seçilib. DAK-ın iyulun 8-9-da Almaniyanın Köln şəhərində keçirilən doqquzuncu qurultayında Güney Azərbaycandan olan Qulamrza Təbrizi DAK-ın sədri seçilib.

Qurultayda həmçinin DAK-ın Nizamnaməsi əlavə və dəyişikliklər olunmaqla qəbul edilib. Təşkilat Məclisinin səlahiyyətləri isə İdarə Heyətinə verilib. Məclisin ləğv olunması barədə qərar qəbul edilib. İdarə Heyətinə 17 nəfər üzv seçilib.

Qurultayın ikinci günü DAK-ın sədrliyinə seçkilər olub. DAK-ın əvvəlki sədri Cavad Derəxti namizədliyini irəli sürməyib. Qulamrza Təbrizi və Ağrı Qaradağlı sədrlik uğrunda mübarizə aparıblar. Səs çoxluğu ilə Təbrizi qalib gələrək təşkilata sədr seçilib.

Qurultayda həmçinin Güney Azərbaycandakı durumla bağlı müzakirələr aparılıb, bəyanat qəbul edilib.

DAK-ın qurultayında Azərbaycandan bəzi siyasi partiya liderləri, ziyalılar, həmçinin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İrahimov da iştirak edib.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti