...

Rəssamlar İttifaqının sədri Fərhad Əliyev: "Nə qədər çox sərgi salonu olarsa, bizi bir o qədər çox tanıyarlar"

Cəmiyyət Materials 9 İyul 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Rəssamlar İttifaqının təmiri və Vəcihə Səmədova adına sərgi salonunun bərpası haqda söz-söhbətlər çoxdandır gedir. Bəs təmirdən sonra görəsən işlər necə olacaq? Bu sualla Rəssamlar İttifaqının sədri Fərhad Əliyevə müraraciət etdik və sualımızı belə cavablandırdı: "Vəcihə Səmədova adına sərgi salonu yaxşı olmalıdır. Lakin salonun ölçülərini təəssüf ki, dəyişdirə bilmərik. Əlbəttə, biz təmir zamanı hansısa yenilikləri etmək istəyirik. Ən əsası odur ki, ayrılmış maliyyə durumumuz artıq düzəlib. Bir neçə gündən sonra təmirə başlayırıq. Şəhərdə ən azından on sərgi salonu olmalıdır. Nə qədər sərgi salonu çox olsa, Azərbaycan incəsənətini nümayiş etdirmək imkanı daha çox olacaq. Bakı elə şəhərdir ki, bura çoxlu qonaqlar gəlir. Sərgi salonlarının çox olması bizə xeyirdir. Onda bizi daha çox tanıyacaqlar".

Xəbər lenti

Xəbər lenti