...

Olimpiya proqramının təzələnməsi 2009-cu ildən tez baş verməyəcək

Cəmiyyət Materials 9 İyul 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Olimpiya proqramına daxil olacaq idman növlərinin yeni seçim sistemi Beynəlxalq Olimpiya Komitəsinin 2009-cu ildə Kopenhagendə baş tutacaq sessiyasında sınaqdan keçiriləcək.

Rusiya KİV-nin verdiyi məlumata görə, təşkilatın prezidenti Jak Roqe qeyd edib ki, olimpiya proqramı üzrə yeni səsvermə sistemi "daha aydın və daha sadədir" və idmanın fərdi, yığma, müəyyən regionlarda geniş yayılan növlərindən ibarət olacaq "ardıcıl, razılaşdırılımış və yaxşı balanslaşdırılmış" proqram yaratmalıdır. Bu arada Qvatemalada başa çatan sessiyada Beynəlxalq Olimpiya Komitəsi gələcək olimpiadalarda idmanın mühüm növlərini saxlamaq və hər oyuna yeni nizam-intizam qaydalarının daxil edilməsi barədə razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti