...

Azərbaycanın Cinayət Məcəlləsinə uşaq parnoqrafiyası ilə bağlı maddələr əlavə ediləcək (video)

Cəmiyyət Materials 9 İyul 2007 13:22 (UTC +04:00)
Azərbaycanın Cinayət Məcəlləsinə uşaq parnoqrafiyası ilə bağlı maddələr əlavə ediləcək (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanın Cinayət Məcəlləsinə uşaq parnoqrafiyası ilə bağlı maddələr əlavə ediləcək. Ali Məhkəmənin sədri Ramiz Rzayev bazar ertəsi jurnalistlərə bildirib ki, belə bir təkliflə Avropa Şurasının ekspertləri çıxış edib. Rzayev qeyd edib ki, Azərbaycanda bu növ cinayətlərə demək olar ki, rast gəlinmir. Buna baxmayaraq, Ali Məhkəmə sədri bu cinayətlərlə bağlı Məcəlləyə hansısa müddəaların salınmasında problem görmür. Avropalı ekspertlərin Azərbaycanın Cinayət Məcəlləsinə bir sıra əlavə və dəyişikliklərlə bağlı təklifləri əsasında yeni layihə hazırlanıb. Layihə Milli Məclisə təqdim olunacaq və payız sessiyasında müzakirəyə çıxarılacaq.

Azərbaycanın yeni Cinayət Məcəlləsi 2001-ci ilin sentyabrında qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti