...

Ali Məhkəmənin sədri: "Azərbaycanda qadınlara da ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər" (video)

Cəmiyyət Materials 9 İyul 2007 13:52 (UTC +04:00)
Ali Məhkəmənin sədri: "Azərbaycanda qadınlara da ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər" (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanda qadınlara da ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər. Ali Məhkəmənin sədri Ramiz Rzayev bazar ertəsi Trend in sualına cavab olaraq bildirib ki, Azərbaycan Konstitusiyasına görə, dinindən, cinsindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Ayrıseçkiliyin aradan götürülməsi məqsədilə Avropa Şurasının ekspertləri Cinayət Məcəlləsinə dəyişikliklər olunmasını təklif edib. Rzayevin sözlərinə görə, Azərbaycanın cəza qanunvericiliyində qadınlara üstünlüklər verilib: "Bu qeyri-bərabərliyin aradan götürülməsi üçün verilən təklif bizim tərəfdən müzakirə olunub. Milli Məclisə belə bir təkliflə müraciət olunacaq. Bu konstitusion prinsip olduğundan güman edirəm ki, təklif qəbul olunacaq".

Azərbaycanın Cinayət Məcəlləsində qadınlar üçün ən ağır cəza 10 il nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti