...

Sidney Olimpiadasının çempionu ISSF reytinqində irəliləyib

Cəmiyyət Materials 9 İyul 2007 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Stend atıcılığı üzrə Sidney Olimpiadasının çempionu Zemfira Meftəhəddinova Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) növbəti reytinqində öz mövqeyini yaxşılaşdırıb.

Maribor (Sloveniya) Dünya Çempionatında uğursuz çıxışına baxmayaraq idmançı 26-cı yerdən 23-cü yerə qalxıb. Onun aktivində 52 bal var, buna görə də Zemfira titullu rus idamnçı Olqa Panarin və

bir çox digər rəqiblərini qabaqlayıb.

Bununla belə Meftəhəddinova ilin əvvəlində ikinci uşağının dünyaya gəlməsi ilə əlaqədar bu mövsümdə lisenziyalı turnirlərdə yeni iştirak etməyə başlayıb.

Hələki stend atıcısı Pekin Olimpiadasına lisenziya qazana bilməyib. Buna baxmayaraq, onun bu il Dünya və Avropa çempionatında minimum tapşırığı yerinə yetirmək şansı var.

Xəbər lenti

Xəbər lenti