...

Keçmiş iqtisadi inkişaf nazirinin məhkəməsi "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidentinin ifadələri ilə davam edib

Cəmiyyət Materials 9 İyul 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndiridən 17 şəxsin məhkəməsi Rafiq Əliyevin ifadəsi ilə davam edib.

Rafiq Əliyev "Azinvest" MMC-də vergidən yayınma epizodu üzrə danışaraq qeyd edib ki, şirkət heç bir zaman vergidən yayınmayıb, şirkət tərəfindən vergi ödənişləri ilə bağlı müvafiq sənədlər cinayət işinin içində də var. Əliyev həmçinin qeyd edib ki, o, BMT-nin Azərbaycanda təhlükəsizlik üzrə ekspert qrupunun üzvü olub və toxunulmazlıq hüququna malik olub. Lakin üzvlüyünü təsdiqləyən vəsiqə həbs edilərkən istintaqçılar tərəfindən götürülüb. Rafiq Əliyev məhkəmənin nəzərinə onu da çatdırıb ki, sonralar istintaqçılar ona vəsiqənin taleyi barədə heç bir məlumat verməyiblər. O, bu barədə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıracaq.

Məhkəmə iclası R.Əliyevin ifadəsi ilə davam edib.

Xəbər lenti

Xəbər lenti