...

Teleradio Şurasının sədri: "Yaxın vaxtlarda Rusiyanın ORT telekanalının tezliyində də yeni telekanalın açılması məsələsinə baxılacaq"

Cəmiyyət Materials 9 İyul 2007 17:32 (UTC +04:00)
Teleradio Şurasının sədri: "Yaxın vaxtlarda Rusiyanın ORT telekanalının tezliyində də yeni telekanalın açılması məsələsinə baxılacaq"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Yaxın vaxtlarda Rusiyanın ORT telekanalının tezliyində yeni telekanalın açılması məsələsinə baxılacaq. Bu barədə Trend ə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, ölkə miqyasında yeni telekanalların açılmasına dair düşünməyin vaxtı çatıb.

"Yeni telekanalların açılması zamanı kəmiyyət barədə yox, kefiyyət barədə düşünmək lazımdır. Yeni telekanallar açılarkən reklam bazarını da nəzərə almaq lazımdır. Ona görə ilk öncə STV-nin tezliyi üzrə yeni müsabiqənin elan olunması barədə qərar çıxarıldı" deyə Məhərrəmli bildirib.

ORT telekanalının yayımının dayandırılmasına dair qərarın Azərbaycanın rusdilli əhalisinin ciddi narazılığına səbəb olacağı ilə razılaşmayan Məhərrəmli deyib ki, şuranın qərarı normal qarşılanmalıdır. "Azərbaycanda rusdilli əhali Qazaxıstan və Ukraynadan qat-qat azdır. Həmin ölkələrdə də xarici telekanalların milli tezliklərdə yayımına qadağa qoyulub. Bizim qərar Rusiya və Azərbaycan münasibətlərinə xələl gətirməyə xidmət etmir. Sadəcə Azərbaycanda mövcud dünya standartlarını tətbiq etməyə başlamışıq" - deyə Teleradio Şurasının sədri əlavə edib.

Şuranın bugünki iclasında Türkiyənin "Samanyolu" (STV) telekanalının yayımlandığı tezliyə müsabiqənin elan olunmasına dair qərar verilib.

MTRŞ-ın yanvarda çıxarılan qərarına əsasən, iyulun 10-dan etibarən STV, ORT və RTR-in Azərbaycanda yerli tezliklərdə yayımı dayandırılmalıdır.

Xəbər lenti

Xəbər lenti