...

Azərbaycan Dövlət Dram Teatrının rəssamı Nazim Bəykişiyev: "Teatra adi işə gəldiyin kimi gəlmək olmaz"

Cəmiyyət Materials 10 İyul 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Tanınmış teatr rəssamı İsmayıl Axundovun 100 illik yubileyinə həsr olunmuş sərgi hər kəsdə ciddi sual doğurub. Bu gün tearlarda nədənsə rəssamlar azdır. Görəsən səbəbi nədir? Dövlət Dram Teatrının rəssamı Nazim Bəykişiyev bu problemi belə açıqladı: "Teatr rəssamı demək olar ki, yoxdur. İndi işləyən gənclər isə demək olmaz ki, bütün parametrlərə cavab verir. Bu, çox böyük problemdir. İndi insanlar digər parametrlərlə işləyir. İncəsənətdən demək olar ki, uzaqdırlar. Teatra sonuncu nəfəsini verməlisən, ora adi işə gəldiyin kimi gəlmək olmaz. İndi zəmanə və insanlar çox dəyişib. Bugünkü gəncləri teatr maraqlandırmır".

Xəbər lenti

Xəbər lenti