...

Müəssisə rəisi: "Mirzə Sakit digər məhkumlarla eyni şəraitdə saxlanılır"

Cəmiyyət Materials 10 İyul 2007 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) aclıq keçirmir. Bunu Trend ə Sakitin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Məmmədov deyib. Müəssisə rəisinin sözlərinə görə, Sakit aclıq etməsi ilə bağlı ona ərizə ilə müraciət etməyib. Onun saxlanma şəraiti ilə bağlı narazılığına gəlincə isə rəis bildirib ki, Sakit digər məhkumlarla eyni şəraitdə saxlanılır, ona digərləri ilə fərq qoyulmur. Rəis bildirib ki. müəssisədə məhkumlar üçün mümkün əlverişli şərait yaradılıb.

Mirzə Sakitin ailəsi isə jurnalistin iyulun 8-dən saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlaması barədə məlumat verib.

Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və Ali Məhkəmə Sakitin şikayətlərini təmin etməyib və onun barəsindəki məhkəmə hökmünü qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti